Səmt qazı tullantılarının həcmi kəskin azaldılacaq

Səmt qazı tullantılarının həcmi kəskin azaldılacaq

SOCAR 2022-ci ildə şirkət və iştirak etdiyi layihələr üzrə səmt qazı tullantılarının həcminin baza səviyyəsindən təqribən 64,9% azaldılmasını planlaşdırır.

Oilgas.az-ın SOCAR-ın Davamlı inkişaf üzrə hesabatına istinadən verdiyi məlumata görə, bu sahədə işlər “2017-2022-ci illər: SOCAR və SOCAR-ın iştirak etdiyi layihələrdə səmt qazı atılmalarının azaldılması planı”nına əsasən həyata keçirilir.

Qeyd olunmuş planın çərçivəsində 2018-ci ildə ilk dəfə “Salyan Oil Limited” şirkətinin neft mədən ərazilərində fəaliyyətdə olan neft quyularından çıxan səmt qazlarının qapalı sistemə qoşulmasını təmin edilib və nəticədə əməliyyat şirkətində yaranan səmt qazı tam şəkildə idarə olunur.

“Bu layihənin nəticələrini nəzərə alaraq, digər əməliyyat şirkətləri və müəssisələrdə səmt qazının idarə olunması üzrə layihələr növbəti illərdə planlaşdırılır”, – deyə hesabatda qeyd olunub.

40 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ