Seçin və Kadırov məhkəməyə hazırlaşır – “Financial Times” qəzetinə qarşı

Seçin və Kadırov məhkəməyə hazırlaşır – “Financial Times” qəzetinə qarşı

“Rosneft”in direktoru və Çeçenistan lideri “Financial Times” qəzetinin ekspertlərini məhkəməyə verə bilər.
OilGas.az “İzvestia”ya istinadən xəbər verir ki, “Rosneft”in direktoru İqor Seçin və Çeçenistan prezidenti Ramzan Kadırov “Financial Times” qəzetində dərc edilən xəbərlə bağlı birgə açıqlama veriblər. Belə ki, qəzetin ekspertləri aprelin 12-də Seçin və Kadırov arasında şəxsi münaqişə olduğunu və bunun Rusiyanın daxili təhükəsizliyinə hədə təşkil etdiyini yazıblar.
Qərb jurnalistləri “Rosneft”in “Qroznefteqaz” şirkətində aktivləri 12,5 milyard rubla satmağa hazırlaşdığını bildiriblər. İddialara görə, bu məbləğ Çeçenistan liderini o qədər qane etməyib ki, Peterburq metrosundan baş verən partlayışdan sonra hüquq-mühafizə orqanları hadisədə “çeçen izi” aşkarlayıblar.
Məqaləyə cavab olaraq Seçin və Kadırov birgə müraciət imzalayıblar. Sənəddə deyilir ki, qəzet ekspertlərinin iddiaları cinayət məsuliyyəti daşıya bilər. Belə ki, qəzetin “Rosneft” və Çeçenistan hakimiyyəti arasında qarşılıqlı münasibətlərə dair “yalan uydurmaları” “millətlərarası ədavəti alovlandıra bilər”.

OilGas.az

357 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ