Seçin Madurodan 30 illik lisenziya aldı

Seçin Madurodan 30 illik lisenziya aldı

Venesuela Rusiyanın “Rosneft” şirkətinə ölkənin şelf ərazisində təbii qazın kəşfiyyatı və hasilatı üçün lisenziya verib.

OilGas.az xəbər verir ki, bu barədə məlumatı  Venesuelanın Neft Nazirliyi təqdim edib. Lisenziya Patao və Mexilones yataqları üçün nəzərdə tutulub. Bununla da Rusiya şirkəti bu yataqlarda 30 il işləmək hüququ qazanıb.

Yataqların geoloji qaz ehtiyatları 180 milyard kubmetr təşkil edir. “Rosneft” 15 il ərzində iki yataqdan hər il 6,5 milyard kubmetr qaz hasil etməyi planlaşdırır. Hasil edilən qaz maye təbii qaz (LNG) formasına da salınmaqla ixrac olunacaq.

OilGas.az

62 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ