“Saudi Aramco”nun IPO-su təxirə salınacaq – “Financial Times”

“Saudi Aramco”nun IPO-su təxirə salınacaq – “Financial Times”

Dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco”nun səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) təxirə salına bilər.

OilGas.az xəbər verir ki, bu barədə “Financial Times” məlumatlı mənbələrə əstinadən məlumat yayıb. IPO böyük ehtimalla gələn ilə təxirə salınacaq. IPO-nun keçiriləcəyi məkan isə hələ tam məlum deyil. Lakin mənbə burada Londonun daha böyük şansa malik olduğunu xəbər verir.

Britaniyalı məmurların sözlərinə görə, əgər “Saudi Aramco”nun səhmlərinin təkcə Ər-Riyadda deyil, xaricdə də yerləşdirilməsinə dair qərar qəbul olunsa, yerli və xarici IPO eyni vaxtda baş tuta bilər.

Neft şirkətinin rəsmi nümayəndələri bu məlumatları şərh etməkdən imtina ediblər.

Bazarda isə belə bir fikir formalaşıb ki, Səudiyyə Ərəbistanı öz “qara mirvari”sini satmayanadək, qiymətlərin yüksək həddə saxlanılması üçün mümkün olan hər şey ediləcək.

125 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ