“Saudi Aramco”dan 414 milyardlıq plan – İlkə imza atır

“Saudi Aramco”dan 414 milyardlıq plan – İlkə imza atır

Səudiyyə Ərəbistanının Dövlət Neft Şirkəti “Saudi Aramco” növbəti 10 il üçün 414 milyar dollarlıq sərmayə planı hazırlayıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu müddət ərzində dünyanın ən çox neft hasil edən şirkəti “Saudi Aramco” struktur və qazma işləri ilə yanaşı bir sıra yeni sektorlara da istiqamətlənəcək.

Şirkət rəhbəri Amin Nasser keçən il 2025-ci ilə qədər 334 milyard dollarlıq xərc planı hazırladıqlarını, lakin işi genişləndirdikləri üçün xərcin də artacağını qeyd edib.

“Saudi Aramco” sərmayələrinin 134 milyard dolları qazma işlərinə, təxminən 78 milyard dolları isə neft quyularına ayrılacaq.

Bundan əlavə, şirkət külək və günəş enerjisi kimi alternativ enerji mənbələrinin inkişaf etdirilməsi üçün neft-kimya istehsalçısı “Saudi Basic Industries Corp” (SABIC) ilə 20 milyard dollarlıq anlaşma imzalayıb. Nəhəng bir müəssisəni də tərkibində saxlayan investisiyayla xam neftin kimyəvi maddələrə çevrilməsi hədəflənir.

Bu, Səudiyyə Ərəbistanında bu formada həyata keçiriləcək ilk layihə olmaqla yanaşı, dünyanın da ən böyük layihəsi olacaq.

OilGas.az

706 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ