“Saudi Aramco” səhmdar cəmiyyətə çevrildi

“Saudi Aramco” səhmdar cəmiyyətə çevrildi

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” səhmdar cəmiyyətinə (joint-stock company) çevrilib.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat krallığın rəsmi bülletenində verilib.

Neft şirkətinin hüquqi statusunun dəyişdirilməsi səhmlərin ilkin kütləvi təklif (Initial public offering – IPO) yolu ilə yerləşdirilməsini təmin etməklə əlaqədardır.

Məlumata görə, “Saudi Aramco”nun kapitalı 16 mlrd. dollar və ya 200 mlrd. ədəd adi səhm şəklində qiymətləndirilir. Bundan əlavə, şirkərin İdarə Heyətinə 11 nəfərin daxil olacağı ehtimal edilir.

Xatırladaq ki, 2016-cı ilin yanvarında “Saudi Aramco” fond bazarına çıxmağa dair planlarını (ilkin 5% səhmlərin yerləşdirilməsi, paket 2 trilyon dollar məbləğində qiymətləndirilir) bəyan edib. Reuters agentliyi şirkətin Nyu-York fond birjasını (NYSE) seçdiyini iddia etsə də, şirkət bu məlumatı təsdiqləməyib. Ötən ilin oktyabrında təşkilatçıların maliyyə, hüquq və normativ xarakterli çox saylı problemlərlə üzləşdiyinə dair xəbər yayılıb. Bloomberg agentliyinin məlumatına görə, “Saudi Aramco”nun IPO-ya çıxışı 2019-cu ilə təxirə salına bilər.

OilGas.az

246 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ