Şahzadə nazir təyin edildi – Səudiyyə Ərəbistanı OPEC+ ilə bağlı siyasətini dəyişəcək?

Şahzadə nazir təyin edildi – Səudiyyə Ərəbistanı OPEC+ ilə bağlı siyasətini dəyişəcək?

Səudiyyə Ərəbistanında şahzadə Əbdüləziz bin Salman energetika, sənaye və mineral ehtiyatlar naziri təyin edilib.

Oilgas.az xəbər verir ki, Ər-Riyaddakı mənbələr şahzadənin bu posta gətirilməsi ilə Səudiyyə Ərəbistanının OPEC-ə yönəlik siyasəti dəyişməyəcəyini bildiriblər.

“Səudiyyə Ərəbistanında yeni nazirinin təyin edilməsi ölkənin OPEC+ ilə bağlı siyasətinə təsir etməyəcək. Bəli, Səudiyyə Ərəbistanının OPEC-dəki nümayəndəsi ilə əlaqə saxlamışam. O, ölkəsinin OPEC+ siyasətində dəyişiklik olmayacağını təsdiqləyib”, – OPEC-in baş katibi Məhəmməd Barkindo Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konqresində belə deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-in ən böyük neft istehsalçısıdır və eyni zamanda, OPEC+ sazişinə rəhbərlik edir. Şahzadə Əbdüləziz bin Salman Səudiyyə Ərəbistanının OPEC-dəki sabiq üzvlərindən biridir.

Xatırladaq ki, daha əvvəl bu vəzifəni Xəlid əl-Falih icra edib. Ümumilikdə 1960-cı ildən bəri Səudiyyə ərəbistanında beş neft naziri dəyişilib və onlardan heç biri kral ailəsinin üzvü olmayıb.

 

 

73 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ