“Şahdəniz” yatağından 5 mlrd. kubmetr qaz hasil edilib

“Şahdəniz” yatağından 5 mlrd. kubmetr qaz hasil edilib

2018-ci ilin 1-ci yarısı ərzində Şahdəniz üzrə fəaliyyətlərə 250 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 798 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.

Bu ilin 1-ci yarısı ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam edib.

Yatağın operatoru “BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, 6 ay ərzində yataqdan 5 milyard standart kubmetr qaz və 1,1 milyon ton (təqribən 9 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 32 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

2018-ci ilin 2-ci rübündə Şahdəniz Alfa platformasında SDA11 quyusunda qazma işləri bitmişdir və indi bu quyuda tamamlama işləri gedir.

İstiqlal qazma qurğusu SDD04 quyusunu tamamlayıb və sınaqdan keçirib, bundan sonra isə SDG04 quyusunda tamamlama işlərinə başlayıb. Maersk Explorer qurğusu SDH02 quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirir.

Bu iki qurğu Şahdəniz Bravo platformasından hasilat üçün artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında da dörd quyu tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Qeyd edək ki, Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

32 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ