“Şahdəniz 2” üzrə artıq 14 quyu qazılıb

“Şahdəniz 2” üzrə artıq 14 quyu qazılıb

2017-ci ildə “Şahdəniz 1″in Alfaplatformasında SDA10 quyusu tamamlanıb və istismara təhvil verilib.

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, SDA11 quyusunda isə qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir.

“Şahdəniz 2” üzrə, İstiqlal qazma qurğusu və Maersk Explorer hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, yatağın şimal cinahında dörd quyu, qərb cinahında isə üç quyu tamamlayıb. “Şahdəniz 2″nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Qeyd edək ki, “Şahdənizdə” iştirak payları BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%) şirkətlərinə məxsusdur.

187 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ