“Şahdəniz-2”-dən ilk qazın əldə ediləcəyi tarix açıqlandı

“Şahdəniz-2”-dən ilk qazın əldə ediləcəyi tarix açıqlandı

Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində ilk qazın 2018-ci ilin üçüncü rübündə əldə edilməsi planlaşdırılır.

OilGas.az xəbər verir ki, bu barədə Azərbaycanın neft-qaz bazarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, hazırda birinci mərhələ çərçivəsində “Alfa” platformasında 10 quyu qazılıb istismar edilir.

Platformada ümumilikdə 12 quyunun qazılması planlaşdırılıb, yəni daha 2 quyu qazılacaq. “Alfa” platformasının imkanları gündəlik 30 milyon kubmetr qaz və 45-50 min barrel kondensat çıxarmağı mümkün edir.

Mənbə qeyd edib ki, “Şahdəniz-2” çərçivəsində 5 qazma mərkəzlərində ümumilikdə 26 quyunun qazılması nəzərdə tutulur.

Mənbə deyib: “Qeyd olunur ki, hər quyunun dərinliyi 6500 metrdən çox, dənizin dərinliyi isə 400 metrdən çoxdur. Belə quyuların hər birinin qazılma müddəti təxminən 300 gün təşkil edir. Amma biz bu müddəti 132 günə kimi azaltmağa nail olduq”.

O əlavə edib ki, “Şahdəniz-2” çərçivəsində ilk qazın 2018-ci ilin üçüncü rübündə əldə edilməsi nəzərdə tutulur.

Qazma işlərinin 2026-ci ilə qədər davam edəcəyi gözlənilir.

Trend

219 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ