Sabunçu rayonunda qaz verilişi dayandırılacaq

Sabunçu rayonunda qaz verilişi dayandırılacaq

Bu gün saat 11:00-dan 13:00-a qədər qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların dövlət yoxlamasından keçirilmiş eyni adlı qurğularla əvəz olunması ilə bağlı Bakının Sabunçu rayonunda bir qrup abunəçinin təbii qazla təchizatı dayandırılacaq.

Bu barədə Oilgas.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bundan başqa, sazlama işləri ilə bağlı saat 11.00-dan Bakının Xəzər rayonunun Binə və Qala qəsəbələrində, Qaradağ rayonunun Ələt qəsəbəsində bir qrup sakinin qazı kəsiləcək.

51 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ