Sabiq nazirdən xəbərdarlıq: Şiddətli müharibə gedir

Sabiq nazirdən xəbərdarlıq: Şiddətli müharibə gedir

“OPEC neft hasilatını daha böyük həcmdə məhdudlaşdırarsa,  özü-özünə ziyan vuracaq və ABŞ-da şist neft istehsalçılarına kömək edəcək”.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Qətərin keçmiş neft naziri Abdulla əl-Attiya bildirib.

“Kartel üçün daha sərt məhdudlaşdırma sərfəli deyil. Çünki qiymətlər yüksəlməyə başlayacaq, ABŞ və digər ölkələrin şist neft istehsalçıları bazarda daha böyük pay sahibi olmağa çalışacaqlar. Bu vəziyyət neft bazarı üçün yenidir. Əvvəllər neft həmişə digər mənbələrlə rəqabət aparırdı: kömür, bərpa olunan enerji. Lakin indi ənənəvi və qeyri-ənənəvi neft resursları arasında şiddətli müharibə gedir”, -deyə Abdulla əl-Attiya qeyd edib.

Eks nazirin fikrincə, sazişin öhdəliklərinin yerinə yetirilmə səviyyəsi yaxşıdır: “Bu göstəricinin 100% olacağını gözləməməlisiniz”.

Abdulla əl-Attiya əmin edib ki, Qətər və onun Fars körfəzindəki qonşuları arasındakı diplomatik münasibətlərin kəsilməsi neft hasilatının azaldılması barədə sazişin ləğvinə səbəb olmayacaq.

OilGas.az

 

247 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ