Sabah Bakının bu ərazilərində qaz olmayacaq – Əhalinin nəzərinə!

Sabah Bakının bu ərazilərində qaz olmayacaq – Əhalinin nəzərinə!

Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

OilGas.az xəbər verir ki, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 “B” ünvanında yerləşən yaşayış binasında istehlakçıların təbii qaza olan təlabatının təmin edilməsi məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar 27.10.2017-ci il tarixdə saat 1000-dan işlər yekunlaşanadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir.

“Azəriqaz” İstehsalat Birliyi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

240 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ