Rusiyanın neft planları məlum oldu – Nazir rəqəmlər açıqladı

Rusiyanın neft planları məlum oldu – Nazir rəqəmlər açıqladı

Rusiya cari ildə 549 milyon ton neft hasil edəcək.
OilGas.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. Onun sözlərinə görə, hətta neft hasilatını azaltmaqla belə bu rəqəmlər dəqiqdir.
Nazir qeyd edib ki, Rusyada neft hasilatını azaltmaq üzrə proqnoz da saxlanılır. Belə ki, Rusiya vəd etdiyi kimi, aprel ayı üzrə neft hasilatını gündəlik 300 000 barel azaldacaq. Aprel ayının ortalarında azaldılma gündəlik 250 min barelə bərabər olacaq.

Xatırladaq ki, ötən il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə saziş imzalayıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və müddətinin uzadılması imkanı nəzərdə tutulub. Saziş çərçivəsində Rusiya isə neft hasilatını gündəlik 300 min barrel azaltmaq barədə öhdəlik götürüb.

OilGas.az

402 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ