Rusiyanın neft gəlirləri kəskin artıb

Rusiyanın neft gəlirləri kəskin artıb

2017-ci ilin yanvar-oktyabr aylarında Rusiya neftinin ixracından əldə olunan gəlir 76,93 mlrd dollar təşkil edib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya federal gömrük xidmətinin məlumatlarında qeyd olunub. Ötən ilin yanvar-oktyabr aylarında bu göstərici 59,66 mlrd dollara bərabər olub. Bununla da neft gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 30% artıb.

Hesabat dövründə Rusiyadan neft ixracının həcmi 0,5% artaraq 213,72 mln t təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 212,65 mln t olub.

Neftin böyük bir qismi uzaq xaric ölkələrinə ixrac olunub: tədarükün dəyəri 72,73 mlrd dollara bərabər olub. Ötən il bu göstərici 56,13 mlrd dollar olub.

Rusiyadan MDB ölkələrinə neft ixracından əldə olunan gəlir isə 4,2 mlrd dollar təşkil edib. 2016-cı ilin ilk 10 ayı ərzində bu rəqəm 3,53 mlrd dollara bərabər olub.

Uzaq xaricə ixrac olunan neftin həcmi 198,7 mln ton, Yaxın Şərqə ixrac həcmi isə 15 mln ton təşkil edib.

OilGas.az

176 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ