Rusiyanın energetika naziri Vyana sazişindən çıxmaqdan danışdı

Rusiyanın energetika naziri Vyana sazişindən çıxmaqdan danışdı

“Neft hasilatının azaldılması barədə Vyana sazişindən yumşaq çıxış məntiqlidir. Bu proses bir neçə ay davam edə bilər”.

OilGas.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak Türkiyədə keçirilən XXII Dünya Neft Konqresində deyib. Onun sözlərinə görə, sazişdən çıxmazdan əvvəl hasilat həcmi tədricən bərpa olunmalıdır:
“Bu məsələni Nazirlər Şurasının görüşündə həmkarlarla müzakirə etmək lazımdır”.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb. May ayında müddəti 2018-ci il mart ayının sonuna qədər uzadılıb.

Saziş çərçivəsində Rusiya isə neft hasilatını gündəlik 300 min barrel azaltmaq barədə öhdəlik götürüb.

OilGas.az

190 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ