Rusiyadan İraqdakı neft yatağına külli miqdarda yatırım

Rusiyadan İraqdakı neft yatağına külli miqdarda yatırım

“Qazprom neft” İraqda Badra yatağının işlənilməsi layihəsinə 6,5 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkət rəhbəri Aleksandr Dyukov məlumat verib. Sözügedən həcmdə sərmayənin 2030-cu ilə qədər yatırılması nəzərdə tutulur.

“2030-cu ilə qədər sərmaye həcmi 6,5 mlrd. dollar təşkil edir. Hazırda 4 mlrd. dollar sərmayə yatırılıb”.

Qeyd edək ki, Badra yatağı İraqın şərqində Vasit əyalətinin ərazisində yerləşir. İlkin hesablamalara əsasən, yatağın geoloji ehtiyatları 3 milyard barel neftə bərabərdir. Yataqda kommersiya hasilatı 2014-cü ildən başlayıb.

Yatağın işlənməsi layihəsi 5 il uzatma ehtimalıyla 20 il üçün nəzərdə tutulub. Konsorsiumun tərkibinə “Qazprom neft” (30%, layihənin operatoru), İraqa məxsus Oil Exploration Company (25%), Kogas (22,5%), Petronas (15%) və TPAO (7,5%) daxildir.

OilGas.az

106 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ