Rusiyada yeni neft yatağı kəşf olundu

Rusiyada yeni neft yatağı kəşf olundu

“Rosneft”in törəmə şirkəti olan “Orenburqneft” yeni neft yatağı kəşf edib.

OilGas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Orenburq vilayətində kəşf olunan neft yatağının ehtiyatları 2,6 milyon ton olaraq qiymətləndirilir.

Yataq Şimali Pokrovskidə axtarış-kəşfiyyat quyusunun qazılması nəticəsində tapılıb.
“Rosneft”dən verilən məlumata görə, bu ərazidə daha 2 axtarış-kəşfiyyat quyusunun qazılması planlaşdırılır.

OilGas.az

 

252 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ