Rusiyada neft quyuları “bumu”: OPEC sazişindən çıxmağa hazırlıq gedir?

Rusiyada neft quyuları “bumu”: OPEC sazişindən çıxmağa hazırlıq gedir?

Rusiyanın neft şirkətləri yeni quyuların qazılmasını kəskin şəkildə artırıblar.

OilGas.az xəbər verir ki, bu barədə “Rystad Energy” beynəlxalq şirkətin hesabatında deyilir. 2017-ci ildə Rusiyada quyuların sayı 20% artıb.

Ekspertlərin fikrincə, yeni quyuların sayının artırılmasındakı bu maraq cari ildə də qorunub saxlanıla bilər. Bu, neft qiymətlərindəki davamlılıq və yeni yataqların kəşfi sayəsində baş verəcək. Digər faktor isə OPEC sazişinə qarşı qeyri-müəyyənliklə bağlıdır.

“2017-ci ildə neftçilər faktik olaraq sazişdən çıxmağa hazırlaşıblar. Bu, qazmaların sayındakı kəskin artımın səbəbini izah edir”, -deyə Moody’s Beynəlxalq Reytinq Agentliyinin analitiki Kris Lafakis bildirib.

199 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ