Rusiyada kömür mədənində uçqun olub – Ölən və yaralananlar var

Rusiyada kömür mədənində uçqun olub – Ölən və yaralananlar var

Rusiyanın Kemerovo vilayətində yerləşən kömür mədənində uçqun baş verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, hadisə “Osinnikovskaya” mədənində qeydə alınıb. Uçqun zamanı mədəndə 125 nəfər olub.

İlkin ehtimala görə, çökmə nəticəsində 1 şaxtaçı ölüb, daha bir nəfər xəsarət alıb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, sözügedən mədəndə 2015-ci ildə də çökmə baş verib. Həmin vaxt 1 şaxtaçı həyatını itirib.

225 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ