Rusiya Vyana sazişinin müddətinin uzadılmasını istəyir – Sorğu

Rusiya Vyana sazişinin müddətinin uzadılmasını istəyir – Sorğu

 

Rusiya Vyana sazişinin müddətinin uzadılmasını dəstəkləyəcək.

OilGas.az xəbər verir ki, Bloomberg agentliyinin apardığı sorğuda iştirak edən ekspertlərdən əksəriyyəti (9/12) bu qənaətdədir.

“2018-ci il pezident seçkiləri ərəfəsində neft qiymətlərinin ucuzlaşması rəsmi Kremlin marağında deyil”, -deyə Helima Kroft bildirib.

“ABN Amro”nun eksperti Hans van Klef Rusiyanın öhdəliklərə əməl etməsə də, müddətin uzadılmasına tərəfdar olacağını qeyd edib: “Rusiyanın götürdüyü öhdəliklərə 100% əməl edəcəyinə hələ də əmin deyilik. Lakin yenə də müddətin uzadılmasını gözləyirik”.

Xatırladaq ki, mayın 25-də ötən il dekabrın 10-da imzalanan neft hasilatının azaldılması barədə Vyana sazişinin müddətinin uzadılması müzakirə olunacaq.

OilGas.az

164 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ