Rusiya Vyana sazişilə bağlı hesabat verdi – Neft hasilatı nə qədər azaldılıb?

Rusiya Vyana sazişilə bağlı hesabat verdi – Neft hasilatı nə qədər azaldılıb?

Rusiya neft hasilatını 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 2,16% azaldıb.
OilGas.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya energetika nazirinin müavini Kirill Molodtsov məlumat verib.
Qeyd edək ki, Rusiyanın ötən ilin oktyabrında orta sutkalı hasilatı 11,247 milyon barel təşkil edib. Hazırda neft hasilatı 242 min barel azaldılaraq gündəlik 11,005 milyon barelə çatıb.
Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş çərçivəsində Rusiya neft hasilatını gündəlik 300 min barrel azaltmaq barədə öhdəlik götürüb.

OilGas.az

182 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ