Rusiya və Suriya enerji sahəsində danışıqlar apardı

Rusiya və Suriya enerji sahəsində danışıqlar apardı

Rusiyanın energetika naziri Aleksandr Novak Suriyanın neft naziri Əli Süleyman Qanemlə görüşüb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə neft-qaz sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmçinin, energetika sahəsində əməkdaşlıq üzrə Rusiya-Suriya işçi qrupunun fəaliyyəti də müzakirə edilən mövzular arasında yer alıb.

“Biz Suriya iqtisadiyyatının, xüsusilə, neft-qaz sahəsinin bərpasına böyük önəm veririk. Bu isə sözsüz ki, ölkədə sosial-iqtisadi vəziyyətin normallaşmasına şərait yaradacaq”, -deyə rusiyalı nazir qeyd edib.

160 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ