Rusiya və Səudiyyə Ərəbistanından böyük addım – Memorandum imzalandı

Rusiya və Səudiyyə Ərəbistanından böyük addım – Memorandum imzalandı

Rusiyanın “Novatek” energetika şirkəti ilə Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” arasında memorandum imzalanıb.

OilGas.az “Novatek”ə istinadən xəbər verir ki, memorandum təbii qaz sahəsində beynəlxalq əməkdaşlığın inkişafı və birgə investisiyaların reallaşdırılmasını, eləcə də maye təbii qaz bazarlarının inkişafını nəzərdə tutur.

“Novatek” şirkətinin sədr müavini Leonid Mixelson Səudiyyə Ərəbistanı ilə qarşılıqlı faydalı strateji tərəfdaşlığın böyük perspektivlərindən bəhs edib:

“Şirkətimiz yüksək keyfiyyətli təbii qaz ehtiyatlarına malikdir. Rusiyanın arktik regionunda LNG layihələrinin reallaşdırılmasında unikal təcrübəmiz var. “Novatek”in strategiyası beynəlxalq tərəfdaşlar cəlb etməklə LNG istehsalını sürətli bir şəkildə artırılmasını nəzərdə tutur”.

Qeyd edək ki, “Novatek” Rusiyanın ən nəhəng şirkətlərindən biridir. Bazar dəyəri təxminən 5 trilyon dollar olan “Saudi Aramco” isə dünyanən ən böyük neft şirkətidir.

128 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ