Rusiya və Azərbaycan enerji əməkdaşlığını müzakirə etdi

Rusiya və Azərbaycan enerji əməkdaşlığını müzakirə etdi

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyalı həmkarı Aleksandr Novakla görüşüb.

OilGas.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb. Görüşdə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın perspektivləri müzakirə edilib.

Əməkdaşlığın prioritet istiqamətləri kimi neft məhsullarının tədarükü, təbii qaz təminatı, eləcə də elektrik enerjisi sahəsində əməkdaşlıq fərqləndirilib.

Görüş zamanı OPEC+ çərçivəsində əməkdaşlığa da nəzər yetirilib. Rusiyanın energetika naziri Azərbaycanın OPEC və katelə daxil olmayan bir qrup neft istehsalçısının hasilatı azaltmaq barədə sazişinə verdiyi töhfəni xüsusilə vurğulayıb.

Bundan əlavə, Rusiya-Azərbaycan əməkdaşlığında mühüm perspektivli istiqamət kimi Qaz İxrac Edən Ölkələrin Forumu da müzakirə olunub. Qaz İnstitutunun Forumun işində mühüm rol oynayacağı qeyd olunub.

190 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ