Rusiya Türkiyəyə qaz ixracını artırıb – 25%

Rusiya Türkiyəyə qaz ixracını artırıb –  25%

Rusiyanın dövlət holdingi “Qazprom” Türkiyəyə qaz nəqlini artırıb.
OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2017-ci il yanvarın 1-dən aprelin 15-dək Türkiyəyə qaz ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 25% artıb.

“2017-ci il yanvarın 1-dən aprelin 15-dək Rusiya qazının bir çox ölkələrə nəqli artırılıb. Artım xüsusilə Türkiyə, Mərkəzi və Cənub Şərqi Avropaya ixracatda müşahidə olunur. Ötən ilin analoji dövrü ilə müqayisədə Türkiyəyə qaz ixracı 25%, Macarıstana 31,5%, Serbiyaya 32,5%, Bolqarıstana 20,9% artıb”, -deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, ötən il Rusiyadan Türkiyəyə qaz ixracı 24,76 milyard kub metr həcmində olub.

OilGas.az

186 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ