Rusiya Türkiyəyə qaz ixracını artırdı – 10,5 milyard

Rusiya Türkiyəyə qaz ixracını artırdı – 10,5 milyard

Rusiyadan Türkiyəyə təbii qaz tədarükü 10,5 milyard kub metr artıb.

OilGas.az Tass agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumət sənədlərində məlumat verilib.

“2016-cı ildə Türkiyəyə 24,7 mlrd kub metr təbii qaz ixrac olunub. 2017-ci ilin yanvar-aprel aylarında qaz tədarükü 26% , 10,5 mlrd kubmetr artıb”, -deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, “Türk axını” qaz kəməri layihəsinin yaxın perspektivdə reallaşması nəticəsində bu sahədə ikitərəfli əməkdaşlıq daha da möhkəmlənə bilər.

OilGas.az

426 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ