Rusiya Türkiyə bazarını tərk edir

Rusiya Türkiyə bazarını tərk edir

Rusiyanın “Qazprom” şirkəti Türkiyə daxili bazarını tamamilə tərk edə bilər.

OilGas.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, “Qazprombank” “Promak” şirkətindən çıxışını tamamlayır. Bu şirkət isə rus qazını Türkiyəyə ixrac edən “Enerco” və “Avrasya”da nəzarət payına (60%) sahibdir.

“Promak” 2014-cü ildə yaradılıb. Şirkət səhmlərinin 40 faizi “Qazprombank”a aiddir.

Bir müddət əvvəl “Qazprom” şirkətinin İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev  şirkətin “Bosphorus gas”dakı 71 faizlik səhmlərini yerli Türk şirkəti “Sen Group”a satmaq planlarından bəhs edib. Medvedevin sözlərinə görə, Türkiyə bazarı stabil deyil və lirənin zəifləməsilə cəzbediciliyini itirir.

OilGas.az

 

300 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ