Rusiya şirkətləri İran tərəfindən razılıq gözləyir – Məhsul əvəzinə neft razılaşması

Rusiya şirkətləri İran tərəfindən razılıq gözləyir – Məhsul əvəzinə neft razılaşması

Rusiya Energetika Nazirliyi ölkə şirkətlərilə İran arasında neft-qaz müqavilələrinin tez bir zamanda imzalanmasını gözləyir.
OilGas.az “RNS”ə istinadən xəbər verir ki, bu barədə energetika naziri Aleksandr Novak məlumat verib.
“Təəssüf ki, İran parlamenti hələ ki neft müqaviləsini təsdiqləməyib. Lakin fərdi şəkildə bu cürə işlər aparılır. Düşünürəm ki, yaxın zamanda şirkətlərimiz arasında müvafiq razılaşmaların imzalanması mərhələsinə çıxmalıyıq”, -deyə Novak qeyd edib.

Qeyd edək ki, 2017-ci ildə İran və Rusiya “məhsul əvəzinə neft” sxemi üzrə əməkdaşlığa başlaya bilərlər.

OilGas.az

369 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ