Rusiya qərarını verdi – Neft hasilatının azaldılmasına tərəfdardır

Rusiya qərarını verdi – Neft hasilatının azaldılmasına tərəfdardır

Rusiya neft hasilatının azaldılmasına dair OPEC-lə imzalanan sazişin müddətinin uzadılmasını dəstəkləyir.
OilGas.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. Onun sözlərinə görə, saziş artıq effektivliyini göstərib:

“Müxtəlif variantları müzakirə edirik və hesab edirik ki, sazişin müddətini daha da artırmaq bazarı daha sağlam vəziyyətə qaytarmağa kömək edəcək”.

Nazir qeyd edib ki, neft hasilatının azaldılması prosesi gələcəkdə daha da tezləşəcək.
Xatırladaq ki, ötən il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə saziş imzalayıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və müddətinin uzadılması imkanı nəzərdə tutulub.
Sazişin müddətinin uzadılıb-uzadılmayacağı mayın 25-də Vyanada müzakirə olunacaq. Mayın 24-də isə neft hasilatının monitorinqi üzrə nazirlərin görüşü keçiriləcək.

OilGas.az

397 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ