Rusiya neft hasilatının daha çox azaldılmasına qarşı çıxır

Rusiya neft hasilatının daha çox azaldılmasına qarşı çıxır

Rusiya OPEC-in Nazirlər Komitəsinin iclasında neft hasilatının azaldılması barədə irəli sürüləcək istənilən təklifin əleyhinədir.

OilGas.az xəbər verir ki, bu barədə Bloomberg agentliyinə adı açıqlanmayan rusiyalı məmurlar məlumat veriblər. Məmurlardan biri qeyd edib ki, neft hasilatının daha böyük həcmdə məhdudlaşdırılması neft bazarına mənfi təsir göstərəcək. Bundan əlavə, sözügedən addım göstərəcək ki, saziş iştirakçıları bu zamana qədər görülən tədbirlərin bazarın stabilləşməsi üçün kifayət etməyəcəyindən narahatdırlar.

Qeyd edək ki, iyulun 24-də Sankt-Peterburqda neft hasilatının azaldılması barədə sazişin monitorinqi üzrə Nazirlər Komitəsinin görüşü keçiriləcək. Görüşdə sazişin neft bazarına təsiri müzakirə olunacaq.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb. May ayında müddəti daha 9 ay üçün uzadılıb.

OilGas.az

229 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ