Rusiya neft hasilatını may ayında da azaltdı

Rusiya neft hasilatını may ayında da azaltdı

“Rusiyada gündəlik neft hasilatı 300 min bareldən az olmayaraq azaldılıb”.

OilGas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. O, dəqiq rəqəm açıqlamasa da, Rusiyanın may ayında hasilatın azaldılması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyini qeyd edib.

Nazirin sözlərinə görə, hasilatın məhz nə qədər azaldıldığı ay başa çatdıqdan və müvafiq məlumat əldə olunduqdan sonra açıqlanacaq.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. May ayının 25-də sazişin müddəti 2018-ci il aprel 1-ə qədər uzadılıb.

Saziş çərçivəsində Rusiya isə neft hasilatını gündəlik 300 min barrel azaltmaq barədə öhdəlik götürüb.

OilGas.az

266 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ