Rusiya neft hasilatını azaldıb – 250 min barel

Rusiya neft hasilatını azaldıb – 250 min barel

“Rusiya neft hasilatı ötən ilin oktyabr ayı ilə müqayisədə gündəlik 250 min barel azaldıb”.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib.

Nazir qeyd edib ki, Rusiya plana əsasən, aprel ayının sonlarında neft hasilatını gündəlik 300 min barel azaltmaq barədə öhdəliyi yerinə yetirməlidir.

Xatırladaq ki, ötən il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə saziş imzalayıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

Saziş çərçivəsində Rusiya neft hasilatını gündəlik 300 min barrel azaltmaq barədə öhdəlik götürüb.

OilGas.az

412 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ