Rusiya Latın Amerika bazarında möhkəmlənir

Rusiya Latın Amerika bazarında möhkəmlənir

Rusiyanın neft şirkətləri “Rosneft” və “LUKoyl” Venesuelanın PDVSA dövlət neft şirkətinə neft məhsulları tədarük edəcək.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, “Rosneft” 9 milyon barelə qədər, “LUKoyl” və vasitəçi “Helsinge” isə 3,5 milyon barelə qədər neft məhsulu tədarük etmək hüququ qazanıb.

PDVSA şirkətinin təxminən 15 milyon barel neft məhsulu almaq planları iyun ayında məlum olub. Bu, Latın Amerikan neft şirkətinin bu zamana qədərki ən böyük sövdələşməsi olacaq. Tədarük prosesi bu ilin iyul-dekabr ayları ərzində reallaşdırılmalıdır.

OilGas.az

 

158 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ