Rusiya Küveytə təbii qaz tədarük edəcək

Rusiya Küveytə təbii qaz tədarük edəcək

Rusiyanın energetika naziri Aleksandr Novak Küveytin neft naziri Əssam əl-Marzukla görüş keçirəcək.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə “Qazprom eksport”un Baş direktoru Yelena Burmistrova da iştirak edəcək. Nazirlərin Küveytə sıxışdırılmış təbii qaz tədarük etməyi müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, çərşənbə günü Sankt-Peterburqda neft hasilatının azaldılması barədə Vyana sazişinin yerinə yetirilməsinin monitorinqi üzrə Nazirlər Komitəsinin iclası keçiriləcək. İclasda saziş iştirakçıları tərəfindən öhdəliklərin yerinə yetiriməsi məsələdi, eləcə də “qara qızıl” bazarında hazırkü vəziyyət müzakirə olunacaq.

OilGas.az

 

246 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ