Rusiya ilə Küveyt AES tikməyə hazırlaşır

Rusiya ilə Küveyt AES tikməyə hazırlaşır

Rusiya və Küveyt atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı danışıqlar aparır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyan energetika naziri Aleksandr Novak məlumat verib. Nazirin sözlərinə görə, “Rosatom” artıq sifariş verib.

“Biz Küveyt naziri ilə də görüş keçirdik… Bizim çox sayda perspektivli istiqamətlərimiz var. Küveytli həmkarlarımız isə atom elektrik stansiyası inşa etməyi planlaşdırırlar. Hazırda müvafiq danışıqlar aparılır. “Rosatom” tərəfindən sifariş verilib”,-deyə Novak qeyd edib.

Xatırladaq ki, 2017-ci ilin martında Novak Rusiyanın Küveytlə atom enerjisindən dinc istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirmişdi.

OilGas.az

487 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ