Rusiya hələ də qərarsızdır – Peskov Vyana sazişinin taleyindən danışdı

Rusiya hələ də qərarsızdır – Peskov Vyana sazişinin taleyindən danışdı

Rusiya neft hasilatını ikinci yarımillikdə də azaldıb-azaltmayacağı barədə hələ ki qərar qəbul etməyib.

OilGas.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Rusiya OPEC üzvləri və Vyana sazişinə qoşulan digər ölkələrlə danışıqlar aparır:

“Hazırda Rusiya bu mövzudakı tərəfdarlarıyla danışıqlar aparır. Danışıqlar başa çatan kimi müvafiq məlumat təqdim olunacaq”.

Xatırladaq ki, ötən il noyabrın 30-da neft hasilatının azaldılması barədə razılıq əldə olunub. Dekabrın 10-da Vyanada OPEC üzvləri ilə kartelə daxil olmayan 11 ölkə ümumi hasilatın azaldılması barədə saziş imzalayıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb, lakin müddətinin uzadılması imkanı nəzərdə tutulub.

Saziş çərçivəsində Rusiya neft hasilatını gündəlik 300 min barrel azaltmaq barədə öhdəlik götürüb və bu öhdəliyi tam şəkildə yerinə yetirib.

OilGas.az

365 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ