Rusiya Belarusa nə qədər neft nəql edəcək?

Rusiya Belarusa nə qədər neft nəql edəcək?

Bu ilin üçüncü rübündə Rusiya Belarusa 4,5 milyon ton neft ixrac edəcək.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib.

Qeyd edək ki, 2016-cı ildə nəql olunacaq təbii qaz qiymətlərində razılıq əldə olunmadığı üçün Rusiya Belarusa neft nəqlini 18,4 milyon tona qədər məhdudlaşdırmışdı.

Cari il iyunun 16-da Sankt-Peterburqda iki ölkə nazirlərinin görüşü keçirilib. Nəticədə 2017, 2018 və 2019-cu illər üçün qaz qiymətlərində razılıq əldə olunub.

Bu ilin birinci rübündə Rusiyadan Belarusa 4 milyon ton, ikinci rübdə isə 5 milyon ton neft nəql olunub.

OilGas.az

 

232 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ