Rusiya Belarus üçün qazın qiymətində qərarlaşdı

Rusiya Belarus üçün qazın qiymətində qərarlaşdı

Rusiya növbəti ildə Belarusa qaz tədarükünün qiymətini açıqlayıb. 2018-ci ildə bu məbləğ 129 dollar təşkil edəcək.
OilGas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko məlumat verib.

“Bazarın vəziyyətindən asılı olmayaraq 2018-ci ildə Belarus üçün Rusiya qazının qiyməti hər min kub metrə görə 129 dollar təşkil edəcək. 2019-cu ildə isə bu məbləğ 128 dollara bərabər olacaq”, -deyə Semaşko qeyd edib.

V.Semaşkonun sözlərinə görə, əgər ölkələr arasında razılıq əldə olunmasaydı, “mavi yanacağa” görə qiymət təxminən 150 dollar olardı.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburqda Putin və Lukaşenkonun görüşü baş tutub. Görüşün yekununda Rusiya və Belarus arasında 1 ildən artıqdır ki davam edən neft-qaz probleminin həll edildiyi elan olunub. Razılaşmaya əsasən, Belarus “Qazprom”a 700 milyon dollar məbləğində borcunu qaytarmağı qəbul edib.

OilGas.az

202 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ