Rövnəq Abdullayev: “Yeni yataqlardan ilk məhsul 2020-2021-ci illərdə əldə ediləcək”

Rövnəq Abdullayev: “Yeni yataqlardan ilk məhsul 2020-2021-ci illərdə əldə ediləcək”

“Abşeron yatağında Total şirkəti ilə birgə işlərə start verilib, “Ümid” yatağının işlənməsinə başlanılıb”

OilGas.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib. SOCAR prezidenti qeyd edib ki, neftçilərimiz “Qarabağ”, “Ümid-Babək”, “Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatının sabit saxlanılması, qaz hasilatının isə artırılması əzmindədirlər :

“Yeni yataqların işlənməsi ilə bağlı artıq bir çox mühüm qərarlar verilib. Abşeron yatağında Total şirkəti ilə birgə işlərə start verilib, “Ümid” yatağının işlənməsinə başlanılıb. “Qarabağ” neft-qaz yatağının işlənmə planları üzrə əsas layihələndirmə mərhələsinə başlandı. SOCAR artıq öz imkanları ilə 6 min metrdən artıq dərinlikdə anomal yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazmasını uğurla həyata keçirir. Düşünürəm ki, yeni yataqlardan 2020-2021-ci illərdə ilk məhsulu əldə edəcəyik”.

239 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ