Rövnəq Abdullayev TANAP-a yatırılan investisiya həcmini açıqladı – 8,5 mlrd. dollar

Rövnəq Abdullayev TANAP-a yatırılan investisiya həcmini açıqladı – 8,5 mlrd. dollar

“Cənub Qaz Dəhlizinin əsas xəttini təşkil edən Trans-Anadolu qaz boru kəməri (TANAP) həm Türkiyə və Azərbaycan, həm də Avropanın enerji təhlükəsizliyi üçün mühüm layihədir”.

OilGas.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində Azərbaycan Dövlət Neft Şikrətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, TANAP sürətli və problemsiz inkişaf edən bir layihədir. Bu layihənin uğurla davam etməsində Türkiyə və Azərbaycanın möhkəm dostluq münasibətləri mühüm rol oynayır.

SOCAR prezidenti qeyd edib ki, TANAP layihəsinin 77,3 faizi artıq tamamlanıb. İlkin olaraq 2018-ci ilin ikinci yarısından etibarən bu kəmər vasitəsilə Türkiyəyə 6 milyard kubmetr qaz nəql olunacaq. Layihənin ikinci mərhələsində Avropaya 10 milyard kubmter təbii qaz göndəriləcək:

“İkinci hissə bizim tərəfdə 2019-cu ildə hazır olacaq. Avropada isə bu hissə 2020-ci ildə tamamlanacaq. Sevindirici bir haldır ki, Türkiyə hökumətinin böyük dəstəyi nəticəsində layihə vaxtından əvvəl və daha kiçik vəsaitlə tamamlanacaq. Bu cürə böyük layihələrdə bu qədər əhəmiyyətli nəticələr əldə etmək çətindir. İndiyə qədər TANAP-ın ümumi investisiya məbləği təxminən 8,5 milyard dollardır”.

OilGas.az

203 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ