Rövnəq Abdullayev: SOCAR təbii qaz hasilatını artırmağı nəzərdə tutur

Rövnəq Abdullayev: SOCAR təbii qaz hasilatını artırmağı nəzərdə tutur

SOCAR qarşıdakı illərdə təbii qaz hasilatını artırmağı nəzərdə tutur.

OilGas.az “Azərtac”a istinadla xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, 2019-cu ildə “Abşeron” yatağının ilk fazasından 1,5 milyard kubmetr, 2022-2023-cü ildə isə ikinci fazadan 5 milyard kubmetr təbii qazın hasil edilməsi planlaşdırılır. Həmçinin qarşıdakı 3-5 ildə “Ümid” yatağında iki yeni dəniz özülünün tikintisi və həmin özüllərdən 8 quyunun qazılması nəzərdə tutulur. Gələn ilin ikinci yarısında isə “Babək”dən kəşfiyyata başlanılması planlaşdırılır.

OilGas.az

222 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ