Rövnəq Abdullayev: “Saziş öz əhəmiyyətini itirməyib”

Rövnəq Abdullayev: “Saziş öz əhəmiyyətini itirməyib”

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əhəmiyyətindən danışıb.

OilGas.az xəbər verir ki, ARDNŞ rəhbəri 20 il keçməsinə baxmayaraq, sazişin öz əhəmiyyətini itirmədiyini bildirib.

Abdullayevin sözlərinə görə, əvəzində hazırkı inkişaf üzrə rəqəmlər dəyişib və bu da xeyrimizə olan göstəricidir.

Daha sonra çıxış edən komitə sədri Valeh Ələsgərov isə sözügedən sazişlə bağlı hər hansı bir riskin olmadığını qeyd edib. O bildirib ki, risk olmadığı üçün SOCAR daha əlverişli şərtləri əldə edib.

OilGas.az

236 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ