Rövnəq Abdullayev: “Ölkə ərazisinin qazlaşdırılması 95 faizə çatdırılacaq”

Rövnəq Abdullayev: “Ölkə ərazisinin qazlaşdırılması 95 faizə çatdırılacaq”

“Prezident İlham Əliyevin təsdiq etdiyi və uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət proqramının əsas müddəalarında biri də ölkə ərazisinin qazlaşdırılmasıdır. Proqramdan irəli gələn vəzifələrin icrası ilə məşğul olan SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq bu göstərici 93 faizə çatıb. Bu rəqəmin ilin sonunadək 95 faizə çatdırılması əsas vəzifə kimi müəyyənləşdirilib”.

OilGas.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində İsmayıllı rayonuna, o cümlədən sözügedən qəsəbəyə təbii qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər barədə ölkə başçısına məlumat verərkən deyib.

“Hazırda “Azəriqaz” İstehsalat Birliyinin qarşısına qoyduğu əsas hədəflərdən biri də çətin relyefə malik ərazilərin qazlaşdırılmasıdır və bu sırada İsmayıllı rayonunun Lahıc qəsəbəsi mühüm yer tutur. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan qəsəbənin qazlaşdırılması son illərdə bu sahədə əldə edilən mühüm nailiyyətlərdən biridir. Belə ki, dövlət başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Lahıc qəsəbəsi və bu xətt boyunca yerləşən kəndlər də daxil olmaqla qazlaşdırma işləri həyata keçirilib”, – deyə o bildirib.

77 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ