Rövnəq Abdullayev: “Bu il AÇG blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilib”

Rövnəq Abdullayev: “Bu il AÇG blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilib”

“Əsrin müqaviləsi” son onilliklərdə ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli digər layihələr üçün yol açmışdır.

OilGas.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan “Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın davamlı inkişafının təməlini qoymuşdur” adlı məqaləsində bildirib.

Onun sözlərinə görə, axtarış-kəşfiyyat işlərinin intensivləşdirilməsi, yeni yataqların kəşf edilməsi və hesablanmanın daha müasir və dəqiq texnologiyalar əsasında yenidən aparılması nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatları şərti yanacaqla 10 milyard tona çatdırılıb.

“AÇG yataqlar bloku bu gün də neft-qaz ehtiyatları ilə kifayət qədər zəngindir. Ötən il layihənin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanmışdır. Daha əlverişli şərtlərlə imzalanmış və iqtisadi cəhətdən daha səmərəli olan bu yeni müqavilə xarici tərəfdaşlarımızın Azərbaycan dövlətinə və SOCAR-a olan etimadını bir daha bütün dünyaya nümayiş etdirmişdir. Möhtərəm Prezident İlham Əliyev bu müqaviləni “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsində yeni dövrün başlanğıcı kimi qiymətləndirmişdir”, – məqalədə deyilir.

R.Abdullayev qeyd edib ki, bu ilin ilk üç ayı ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilib, ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır.

98 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ