“Rosneft”ə yeni vitse-prezident təyin edildi

“Rosneft”ə yeni vitse-prezident təyin edildi

“Rosneft”in direktorlar şurası şirkətə yeni vitse-prezident təyin edib.

Oilgas.az TASS agentliyinə istinadən xəbər verir ki, Şura şirkətin təhlükəsizlik üzrə vitse-prezidenti Oleq Feoktistovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edib. Qərar bu il aprelin 5-dən etibarən qüvvəyə minib.

Direktorlar Şurasının qərarına əsasən, “Rosneft” idarəedici heyətinə Yuri Kurilin təyin edilib. O, vitse-prezident postuna 3 il rəhbərlik edəcək.
Qeyd edək ki, bir müddət əvvəl “Rosneft”in rəhbəri İqor Seçin Feoktistovun şirkətdən gedişini təsdiqləyib. Seçin onun yenidən hərbi xidmətə qayıtdığını açıqlayıb.

Oilgas.az

382 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ