“Rosneft” və “Eni” razılaşma imzaladılar – Putin də iştirak etdi

“Rosneft” və “Eni” razılaşma imzaladılar – Putin də iştirak etdi

Rusiyanın dövlət neft şirkəti “Rosneft”lə İtaliyanın “Eni” neft-qaz şirkəti arasında razılaşma imzalanıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, imzalama prosesi Rusiya prezidenti Vladimir Putin və İtaliyanın Baş naziri Paolo Centiloninin iştirakı ilə baş tutub. Sənəd “Rosneft”in prezidenti İqor Seçin və “Eni”nin baş icraçı direktoru Klaudio Deskaltsi tərəfindən imzalanıb.

Sənəd daha öncə əldə olunan Qara dəniz və Berens dəniz sahillərində axtarış quyularının qazılması üzrə razılaşma ilə yanaşı, hasilat, emal, marketinq və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

OilGas.az

384 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ