“Rosneft” kiber hücumuna məruz qalıb

“Rosneft” kiber hücumuna məruz qalıb

Rusiyanın nəhəng neft şirkəti “Rosneft” kiber hücum təhlükəsiylə qarşı-qarşıya qalıb.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkət rəsmi “Twitter” səhifəsində məlumat yerləşdirib.

“Ümid edirik ki, kiber hücum hal-hazırda davam edən məsələ ilə bağlı deyil”, -deyə məlumatda qeyd olunub.

Digər tvitdə şirkətin istehsal prosesinin idarə olunmasıyla bağlı rezerv sistemə keçdiyi açıqlanıb. Məhz bu addım ciddi mənfi nəticələrin meydana gəlməsinin qarşısını alıb.

Şirkətdən verilən məlumata görə, neftin nə hasilatı, nə də hazırlanması prosesi dayandırılmayıb.

Kiber hücumdan sonra “Rosneft” hüquq mühafizə orqanlarına müraciət edib.

Xatırladaq ki, iyunun 27-də arbitraj məhkəməsində “Rosneft”in “Sistema”ya qarşı təxminən 171 milyard rublluq məhkəmə işi başlayıb. Neft şirkəti holdingi hazırda “Rosneft”ə tabe olan “Başneft”i uğursuz idarə etməkdə ititham edir.

OilGas.az

180 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ