“Rosneft” investisiya yatırımını artırır

“Rosneft” investisiya yatırımını artırır

“Rosneft” Arktika şelfinin mənimsənilməsi üçün investisiyanı 5 dəfə artıracaq.
Oilgas.az xarici KİV-lərə istinadən xəbər verir ki, beləliklə 2017-2021-ci illərdə şirkətin bu şelfə yatırdığı investisiyanın həcmi 250 milyard rubla çatacaq.
Qeyd edək ki, son 5 ildə “Rosneft”in Arktika şelfini mənimsəmək üçün yatırdığı investisiya artıq təxminən 100 milyard rubl təşkil edib. İndi isə şirkət Aktika şelfində kəşfiyyat qazma işlərini başlatmaq istəyir. “Rosneft” 2021-ci ilə qədər Laptevlər dənizi şelfində 4, Karsk və Barentsev dəniz şelflərində 8 kəşfiyyat quyusu qazmağı planlaşdırır.
Hazırda Arktika şelfində lisenziyalı sahələrin 28-i “Rosneft”ə məxsusdur. Şirkətin Arktikanın lisenziyalı sahələrindəki payı 78 faizi ötür.

Oilgas.az

404 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ