“Rosneft” hərracda qalib gəldi – Erginsk yatağı üzrə

“Rosneft” hərracda qalib gəldi – Erginsk yatağı üzrə

Rusiyanın neft şirkəti “Rosneft” Erginsk yatağının işlənilməsi üzrə hüquq qazanıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın ekologiya və təbii sərvətlər naziri Sergey Donski məlumat verib. Onun sözlərinə görə, bu hüququ qazanmaq üçün şirkət 20,71 milyard rubl ödəyib.

Qeyd edək ki, Erginsk neft yatağı 1995-ci ildə kəşf olunub. Yatağın geoloji ehtiyatları 65,777 milyon ton həcmində qiymətləndirilir. Yataqdan istifadə hüququ ilk olaraq 2016-cı ildə hərraca çıxarılmalı olub, lakin təxirə salınıb.

OilGas.az

 

169 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ